Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TASİM layihəsi üzrə 5-ci beynəlxalq seminar keçirilib


Bu gün  Bakıda "Ramada" mehmanxanasında Azərbaycan hökumətinin qlobal təşəbbüsü olan "Trans-Avrasiya Super İnformasiya Magistralı" ( TASİM) layihəsi üzrə üzrə 5-ci beynəlxalq seminar keçirilib.
 
Seminarda layihənin üzv-operatorları–Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "ChinaTelecom", "Kaztranscom", "Rostelecom" və "TurkTelekom" şirkətlərinin məsul işçiləri iştirak ediblər.

Tədbirin açılışında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək bildirib ki, layihə regional telekommunikasiya infrastrukturunun inkişafı üçün əhəmiyyətli olmaqla yanaşı, tərəqqi, sabitlik və sülhə töhfə üçün bir fürsətdir.

"TASİM layihəsi regionda informasiya cəmiyyətinin inkişafına dəstək olmaqla, e-xidmətin təmin olunmasına, sənaye inkişafına, iqtisadiyyatın diversifikasiyasına və rəqabətsizliyinə yardım edəcək. TASİM kimi regional genişzolaqlı magistralın, "bulud" texnologiyalarının, media xidmətlərinin və internetin inkişafı üçün çox vacibdir. Mən şadam ki, son altı ayda UNESCAP, CAREC və BSEC kimi nüfuzlu təşkilatlar TASİM layihəsinin regionda rəqəmsal boşluğunun doldurulmasında unikal rolunu vurğulayaraq, qeyd-şərtsiz dəstəyi elan etmişlər", - deyə nazir müavini bildirib.
 

 
İclasda TASİM layihəsinin biznes modeli və strategiyası, Asiya-Avropa tranziti üzrə yaranan gəlirlər imkanı, Dünya Bankı tərəfindən təklif olunan üçüncü TASİM marşrutu, Trans-Xəzər sualtı kəmərin çəkilişi və sair məsələlər müzakirə olunur.
 
Aynur Vəliyeva 
 

 




11/07/14    Çap et