Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 6 ay ərzində elektron ticarətin həcmi 1,3 milyon manat olub


Azərbaycan Dövlət Statistika Komitəsi ölkədə həyata keçirilən elektron ticarətlə bağlı növbəti statistikanı açıqlayıb.

Komitədən verilən məlumata görə, cari ilin altı ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyun aylarına nisbətən 15,8 faiz artaraq 1,3 milyon manat təşkil edib.

Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,7 faizini hüquqi, 21,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,6 faizini qeyri-ərzaq malları təşkil edib. 

CAHANGİR




11/07/14    Çap et