Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərkosmos”un müşahidə peyklər şəbəkəsinin yaradılması üzrə hüquq və məsləhətçi xidmətlərinin satınalması üzrə kotirovkaların qalibləri məlum olub
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərkosmos" ASC tərəfindən bu ilin may ayında elan etdiyi 4 kotirovka sorğusunun qalibi elan edilib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, kotirovka sorğuları "Hüquqi məsləhət xidmətləri"nin, "Texniki məsləhət xidmətləri"nin, "Maliyyə məsləhət xidmətləri"nin, "Kommersiya məsləhət xidmətləri"nin satın alınmasını nəzərdə tutub.
Kotirovka sorğularının nəticələrinə əsasən, "Azərkosmos" Müşahidə peyklər şəbəkəsinin yaradılması üzrə əməkdaşlıq müqavilələrinin hazırlanmasına dair kommersiya məsləhət xidmətinin və Yer Müşahidə Peyki layihəsi üzrə texniki məsləhət xidmətlərinin satın alınması üzrə müqaviləni "HBUCHWALTER CONSULTİNG" şirkəti ilə imzalayıb. Müşahidə peyklər şəbəkəsinin yaradılması üzrə əməkdaşlıq müqavilələrinin hazırlanmasına dair kommersiya məsləhət xidmətinin göstərilməsi üzrə müqavilənin qiyməti 35913,9 manat, Yer Müşahidə Peyki layihəsi üzrə texniki məsləhət xidmətlərinin satın alınması üzrə müqavilənin qiyməti isə 48973,5 manat təşkil edib.
"Azərkosmos"un Yer Müşahidə Peyki layihəsi üzrə hüquq məsləhətləşmə xidmətlərinin satın alınması üzrə kotirovka sorğusunun qalibi isə "Milbank", "Tweed", "Hadley & McCloy LLP" şirkətlərin daxil olduğu konsorsium olub. Konsorsiumla imzalanmış müqavilənin qiyməti 49410 manat təşkil edib.
Aynur Vəliyeva
11/07/14 Çap et