Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan hökuməti yeni yaradılan şirkətlərə 1,6 milyard dollar yatıracaq


Hindistanın yeni hökuməti “start-up” şirkətlərin (fəaliyyətə yenicə başlayan şirkətlər) maliyyələşdirilməsi ilə məşğul olacaq 1,6 milyard dollar həcmində investisiya fondu yaradır. Bu barədə “Tech in Asia” nəşri layihənin büdcəsinə istinadən məlumat verib.

Gənc texnoloji şirkətlərin dəstəklənməsi həm sərmayələrlə, həm də güzəştli kreditlərlə həyata keçiriləcək. Maliyyələşdirilmənin bölgüsü barədə hələlik məlumat verilmir.

Hindistan hökuməti ikinci dəfədir belə layihə təşkil edir. Lakin hökumətin əvvəlki tərkibi bu məqsədlərə az – 83 milyon dollar ayırıb, həmçinin bu vəsaitlər “start-up” sənaye ilə yanaşı, müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.   

Layihə ictimaiyyətə açıqlanmazdan əvvəl Hindistanda sənayenin maraqlarını təmsil edən “iSPIRT” təşkilatı ölkənin informasiya texnologiyaları naziri Şankaş Prasad ilə görüşüb. Təşkilat nümayəndələri nazirə texnoloji “start-up” şirkətlərə investisiyaların yatırılması üçün 830 milyon dollar həcmində fond yaratmağı təklif ediblər, - "theRunet www.therunet.com” yazır.





14/07/14    Çap et