Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Tizen” smartfonunun buraxılışını təxirə salıb


“Samsung” şirkəti “Tizen” əməliyyat sistemi əsasında işləyən yeni “Samsung Z” smartfon modelini iyulun 10-da Moskvada keçiriləcək proqramçılar konfransında təqdim etməyi nəzərdə tuturdu.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, son anda şirkət yeni modelin təqdimatını təxirə salıb.
 
“Samsung” press-relizində yalnız bildirib ki, telefonun buraxılışını “təxirə salmaq qərarına gəlib”, lakin “Tizen” əməliyyat sisteminin yaradılması üzərində işləməyə davam edir.
 
Bu arada bəzi KİV-də yayılan məlumatlara əsasən, “Tizen” əsasında işləyən ilk smartfonun satışları sentyabrın sonunadək başlanacaq.
 
Aynur Vəliyeva




14/07/14    Çap et