Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” sisteminin hansı ölkələrdə populyar olması bəlli oldu


“AdDuplex” şirkəti “Windows Phone” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların hansı ölkələrdə daha çox populyar olmasını əks etdirən 20 ölkənin siyahısını təqdim edib. Siyahıya görə, birinci yeri ABŞ (11 faiz), ikinci yeri Hindistan (7,5 faiz), üçüncü yeri Braziliya (6,9 faiz) tutub. Reytinqin sonunda İspaniya (1,5 faiz), Kolumbiya (1,3 faiz) və Kanada (1,1 faiz) qərarlaşıb.

Statistikanın real vəziyyəti nə dərəcədə düzgün əks etdirməsini demək çətindir. Belə ki, nəticələr “AdDuplex” şirkətinin xidmətlərindən istifadə edən tərtibatçıların əlavələrində reklamın göstərilmə sayının hesablanması ilə əldə olunub. İyulun 8-də aparılan hesablamada isə “WP 7.5-8.1” sisteminin idarəetməsi ilə işləyən 200 qurğu iştirak edib.

“Windows Phone”nun istifadəçi bazası durmadan artsa da, hazırda o, populyarlığına görə üçüncü yeri tutmaqla "Android” və “iOS” sistemlərindən xeyli geri qalır, - "Onliner www.onliner.by” yazır.




14/07/14    Çap et