Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MTV” telekanalı sosial videoçart təqdim edib


“MTV” şirkəti yeni “Your MTV Top 20” musiqili videoçart yaradıb.

“ICTnews” xəbər xidmətinin “www.tdaily.com” saytına istinadən verdiyi məlumata əsasən, yeni videoçartın dünyada ilk tam həftəlik musiqili videoçart olacağı gözlənilir. O, fanlarla sosial və elektron mediada ünsiyyət əsasında yaradılacaq.
 
"Your MTV Top 20”-nin yaradılması üçün istifadə edilən məlumatları “Spotify”nin  törəmə strukturu “The Echo Nest” təqdim edir.
 
Musiqili videoçarxların seçimi hər həftə MTV-də yenilənəcək. Fanların aktivliyi, o cümlədən çartın xüsusi saytında videonun baxılması, istinadların mübadiləsi və “Tvitter”də müzakirəsi bu və ya digər klipin reytinqdə yerini müəyyən edəcək və onun mövqeyi hər beş dəqiqədən bir dəyişəcək. Son rəy hər həftənin bazar ertəsi Qrinviçə görə saat 17:00-da dərc olunacaq. İlk belə çart iyulun 7-də dərc olunub, burada birinci yeri “Problem от Ariana Grande” kompozisiyası (Iggy Azalea iştirakı ilə) tutub.
 
Çartın rəsmi saytı, “yourmtvtop20.com” ünvanında yerləşdirilib və beş dildə - ingilis, alman, italyan, ispan və fransız dillərində təqdim edilib. Gələcəkdə xarici dillərin çeşidi artırılacaq.
 
Aynur Vəliyeva 
 




14/07/14    Çap et