Britaniya hökuməti milli kosmodromun tikintisi ilə bağlı qərar qəbul edib
Böyük Britaniya hökuməti ölkədə peyklərin və kosmik turist gəmilərinin buraxılması üçün kosmodromun inşası ilə bağlı qərar qəbul edib. Bu barədə maliyyə nazirinin birinci müavini Denni Aleksandr deyib. Böyük Britaniya hökumətinin nümayəndələri ümid edirlər ki, 2018-ci ildə tikiləcək gələcək milli kosmodrom kosmik sənayenin inkişafına xidmət edəcək.
Ölkə hökuməti bazanın yerləşəcəyi səkkiz yerin siyahısını tərtib edib. Söhbət hazırda istifadə olunmayan və ya qismən istifadə edilən hərbi aerodromlardan gedir. Siyahı Farnboro şəhərində keçiriləcək beynəlxalq kosmik sərgidə açıqlanacaq. Maliyyə nazirinin birinci müavini qeyd edib ki, kosmodromun inşa olunacağı potensial yerlərdən bir neçəsi Şotlandiya ərazisində yerləşir.
Nazir müavini bununla ona işarə edib ki, kosmik obyekt Şotlandiya sakinlərinin sentyabrda keçiriləcək referendumda ölkənin müstəqilliyinə səs verəcəyi təqdirdə orada inşa edilməyəcək, - “İTAR-TASS
www.itar-tass.com” yazır.