Yaxın 50 ildə ən azı 1 nəfər kosmik “zibil”in Yerə düşməsindən həlak olacaq
Avstraliyanın Maunt-Stromlo rəsədxanası yanında tədqiqat mərkəzinin mütəxəssisləri Yerdə insanın kosmik "zibil" parçasından ölmə ehtimalını hesablayıblar. Onları bu fikrə ötən həftə paytaxt Sidney şəhəri üzərindən uçan yanar kosmik "zibil" sövq edib. Aparılan hesablamalardan məlum olub ki, yaxın 50 ildə kosmik "zibil"in Yerə düşməsi nəticəsində bir nəfər həyatını itirəcək.
Hazırda Yer planeti ətrafında təxminən 6500 ton müxtəlif obyekt uçur. Onların ¾ hissəsini kosmik "zibil" təşkil edir. Bu "zibil"in əksər hissəsinin tez və ya gec Yerə düşəcəyi ehtimal olunur. 2013-cü ildə 50 belə Yerə düşmə hadisəsi qeydə alınıb.
Səma obyektləri ilə "yaxın görüş" nəticəsində həlak olmanın mümkünlüyü haqqında danışsaq, "NASA"-nın məlumatına görə, meteoritlə ölmə ehtimalının nisbəti 1:3200 təşkil edir.
Bu statistikanı nəzərə alaraq kosmik "zibil" Yerdən daha çox yaxın kosmos və orada olanlar üçün böyük təhlükə törədir. Məsələn, cari ilin fevralında Böyük Britaniyanın Lester Universitetinin fizik tələbələri hesablayıblar ki, "Envisat" peyki (2012-ci ildə onunla əlaqə itib) "zibil" ilə toqquşmada Kessler effektinə səbəb ola bilər - yaxın kosmosu elə vəziyyətə sala bilər ki, yerətrafı məkanda uçuşlar qeyri-mümkün olar.
Ehtimal olunur ki, "Envisat" peyki kosmosda hələ 150 il qalacaq. Peyk nəzəri baxımdan kosmik "zibil" və ya digər peyklə toqquşsa, zəncirvarı reaksiya baş verə bilər ki, bunun da nəticəsində Yer digər "zibil" və ya kosmik aparatlarla toqquşan və bununla daima artan sürətlə hərəkət edən "zibil" buludu ilə əhatə olunacaq, - "Vokrugsveta
www.vokrugsveta.ru" yazır.