Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Secret” sosial şəbəkəsi 25 milyon dollar sərmayə cəlb edib


“Secret” anonim sosial şəbəkəsi “Index Ventures”, “Redpoint Ventures”, “SV Angel”, “Fuel Capital” və digər fondlar və fərdi şəxslər tərəfindən 25 milyon dollar sərmayə cəlb edib.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, hazırda şirkət 100 milyon dollardan yuxarı qiymətləndirilir.
 
Bu həftə əlavənin “Facebook”la sinxron işi təmin ediləcək. Bu, o deməkdir ki, “Facebook” xəbər lentində artıq bu sosial şəbəkədəki “dostlar”ın mesajları dərc olunacaq. Bundan öncə servis yalnız telefon kitabçası və elektron poçt ilə birləşdirilmişdi.

Bununla yanaşı, servisin brauzer versiyasında “Kolleksiya” səhifəsi yaradılacaq, burada ən populyar mesajlar, “iş”, “məhəbbət” və ya “qida” kateqoriyalarına çeşidlənəcək.

“Secret” bu ilin əvvəlində ABŞ-da, mayın sonunda isə Rusiyada istifadəyə verilib.
Servisin əsas xüsusiyyəti ondan ibarətdir ki, bütün mesajlar xəbər lentində anonim şəkildə dərc olunur. İstifadəçilər bilmirlər ki, onların dostları kimdir. Bunun sayəsində Rusiyada bu sosial şəbəkə şəxsi həyat mövzularında müzakirələr sahəsində populyarlaşıb.
 
Aynur Vəliyeva
 




16/07/14    Çap et