Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Yandex" şirkəti “*.yandex” domeninin hüquqi sahibi oldu


Rusiyanın internet şirkəti "Yandex" yüksəksəviyyəli “*.yandex” domenini qeydiyyatdan keçirmək üçün icazə alıb.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, yeni domen zonası yaxın iki həftə ərzində işə düşəcək.
 
Yeni domen zonasını “Yandex”lə yanaşı, onun tərəfdaşları istifadə edəcəklər – domen kommersiya məqsədləri ilə istifadə üçün nəzərdə tutulmayıb və kənar şirkətlər üçün pullu qeydiyyatın açılmasını elan etmək planlaşdırılmır. Yeni “*.yandex” domenində “Yandex”ə məxsus olan digər domenlərdə yerləşdirilən məlumatlar təqdim ediləcək: axtarış və sair servislər.
 
Yeni domen zonasında işə salınacaq ilk ünvanlar xidməti xarakter daşıyacaq, misal üçün, bu, “nic.yandex” və “whois.yandex” olacaq. 
 
Yüksəksəviyyəli domenin alınması üçün müraciətin təqdim edilməsi 185 min dollar təşkil edir. Domen zonasının texniki dəstəyi üçün ilkin xərclər 2 milyon dollara çata bilər, gələcəkdə domen zonasının illik dəstəklənməsi şirkətə 1 milyon dollaradək başa gələ bilər.
 
Aynur Vəliyeva




16/07/14    Çap et