Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsanların 75 faizi dəyişən dünya ilə ayaqlaşa bilmir


İnsanların dörddə üç hissəsinin fikrincə, dünya çox sürətlə dəyişir. Bu barədə 20 ölkədə 60 min nəfərin rəyini öyrənən “Ipsos MORI” şirkətinin qlobal tədqiqatının nəticələrində deyilir.

Sosioloji tədqiqat insanların yüksəktexnologiyalı dünyada həyata münasibətini, ənənələrə və qloballaşma proseslərinə baxışlarını müəyyənləşdirmək məqsədilə aparılıb.

Rəyi soruşulan on respondentdən altısı hiss edir ki, kompüter və digər elektron qurğuların ekranları arxasında çox vaxt keçirir, əslində isə onlara daha sadə və düzgün yaşamaq lazımdır.

Tədqiqatçılar müəyyən ediblər ki, insanlar ümumilikdə yüksək texnologiyaların onların həyat tərzinə təsir etməsindən narazıdırlar, lakin eyni zamanda etiraf edirlər ki, həyatlarını elektron qurğularsız təsəvvür edə bilmirlər, - "BBC www.bbc.co.uk” yazır.
 




16/07/14    Çap et