Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsinin və Mühafizə Alayının rabitə və İT təminatı təkmilləşdirilir


Azərbaycan Ədliyyə Nazirliyi "Xəzər Elektron" şirkəti ilə rabitə və İT xidmətlərinin satınalınması üzrə müqavilələr imzalayıb.
 
"ICTnews"  xəbər xidmətinin məlumatına əsasən, "Xəzər Elektron" şirkəti nazirliyin
Penitensiar Xidmətin Müalicə Müəssisəsinin ATS sisteminin quraşdırılması işlərinin və Mühafizə Alayının mühafizə sistemi üçün videomüşahidə avadanlıqlarının alınması və quraşdırılması işlərini yerinə yetirir.
 
"Xəzər Elektron" şirkəti ilə imzalanmış müqavilələrin dəyəri müvafiq olaraq 19600,39 manat və 48024,82 manat təşkil edib.
 
Aynur Vəliyeva
 




16/07/14    Çap et