Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“CDMA şəbəkəsinə qoşulma” e-xidmətindən istifadə proseduru açıqlanıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına yeni inteqrasiya edilən “CDMA şəbəkəsinə qoşulma” xidmətindən istifadə prosedurunu açıqlayıb.
CDMA şəbəkəsinə qoşulmaq üçün istifadəçi elektron xidmətə daxil olaraq yaşadığı ərazinin poçt indeksini və poçt indeksinə uyğun olaraq yaşadığı küçəni seçir və ev, mənzil barədə məlumatları daxil edir. Eyni zamanda servis xidmətlərinin siyahısından istədiyi servis xidmətini də seçə bilər. Bundan sonra istifadəçi öz istəyinə uyğun olaraq tarif paketini seçir: 450 dəqiqə giriş-çıxış lokal danışıq limitli ilə istifadə paketi - 2,50 manat və ya lokal giriş-çıxış danışıqlardan limitsiz istifadə paketi - 10 manat.
Tələb olunan məlumatlar qeyd olunduqdan sonra portal tərəfindən istifadəçiyə birdəfəlik qoşulma haqqı, CDMA aparatın məbləği, qoşulmanı aparacaq telefon qovşağı haqqında, qovşağın əlaqə nömrəsi və sair məlumatlar göstəriləcək.
Bütün mərhələlər bitdikdən sonra ekranda “sifariş nömrəsi” göstərilir və istifadəçi 3 iş günü ərzində internet, “MilliÖN” ödəmə terminalları vasitəsilə və istənilən poçt və abunə şöbəsində sifariş nömrəsinə uyğun ödəniş edə bilər.
Ödəniş edildikdən sonra aidiyyəti telefon qovşağının mütəxəssisləri xidməti həyata keçirmək üçün istifadəçi ilə əlaqə saxlayacaqlar.
Qeyd edək ki, sözügedən xidmət ilkin mərhələdə Bakı şəhərini əhatə edir və növbəti mərhələdə respublikanın digər şəhər və rayonlarında da abunəçilər bu xidmətdən istifadə edə biləcəklər.
CAHANGİR
17/07/14 Çap et