Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
İnternet şəbəkəsində domen adların və nömrələrin verilməsi üzrə beynəlxalq təşkilatın (İCANN) 42-ci konfransı 24-28 oktyabrda Seneqalın Dakar şəhərində keçiriləcək. Azərbaycanın İnformasiya Problemləri üzrə Tədqiqat Mərkəzinin rəhbəri Yaşar Hacıyev bildirib ki, tədbirdə Azərbaycanın İnternet-cəmiyyətini “At-Large” Milli Təşəbbüs Qrupu təmsil edəcək.
Onun sözlərinə görə, konfrans çərçivəsində ".az" milli domenin paylaşdırılması və qeydiyyata alınması proseduraları və “At-Large” Milli Təşəbbüs Qrupu tərəfindən hazırlanmış domen adlarının qeydiyyatı ilə bağlı problemlərin həlli üzrə sənədin “İCANN”-a müzakirə üçün təqdim olunması gözlənilir.
Sənəd “At-Large” qrup üzvlərinin domen adlarının verilməsi ilə bağlı problemlərin həllinə dair fikirləri özündə əks edir. Əsas məqsəd İnternet mühitində yaranan problemləri həll etmək üçün lazım olan məlumatı “İCANN”-a çatdırmaqdan ibarətdir.
23/08/11 Çap et