“Li-Fi” internetinin sürəti 10 Gbit/s-ə çatıb
Meksika ərazisində simsiz, lakin işıq üzərindən, məlumat ötürmə sistemi testləşdirilib.
“ICTnews” xəbər xidmətinin “
www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu üsulun tərtibatçıları bildiriblər ki, saniyədə 10 qiqabit sürətə nail olublar.
Texnologiya özü-özlüyündə yeni deyil: onun adı “Li-Fi”-dır. Texnologiyanın əsas üstünlüyü onun simli və simsiz məlumat ötürmə üsullarının müsbət keyfiyyətlərinin birləşdirilməsindədir. Məlumat bir mənbədən digərinə insan üçün tamamilə görünməz üsulla ötürülür.
Aynur Vəliyeva