Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook”da yeni alış-veriş imkanı testləşdiriləcək
“Facebook” reklamda və xəbər lentində yeni “almaq” funksiyalarının testləşdirilməsinə başlayır.
“ICTnews” xəbər xidmətinin “Facebook”un rəsmi bloquna istinadən verdiyi məlumata əsasən, hazırda bu funksiya yalnız ABŞ vətəndaşları və kiçik firmalar üçün aktivdir. Bu funksiya vasitəsilə sosial şəbəkənin istifadəçiləri “Facebook”u tərk etmədən alış-veriş edə biləcəklər.
Alıcılara, həmçinin alış-veriş haqda məlumatların məxfiliyinin qorunacağı ilə bağlı söz verilib. Reklam verən şirkətlərə istifadəçilərin hesab balansı və şəxsi məlumatları haqda bilgilər verilməyəcək. istifadəçilər ödəniş haqda məlumatları yadda saxlayaraq, gələcək alış-verişi sadələşdirə bilərlər.
Hazırda “Facebook”un tərtibatçıları xəbər lentindən alış-veriş funksiyasının nə vaxt bütün istifadəçilər üçün təqdim ediləcəyi haqda bir məlumat vermirlər. Şirkət testlər haqda məlumatı almadan son tarix haqda heç nə demək istəmirlər.
Aynur Vəliyeva
18/07/14 Çap et