ABŞ-da internet üçün vergi ləğv olunub
ABŞ Nümayəndələr Palatası Demokratlar Partiyasının bəzi nümayəndələrinin etirazına baxmayaraq internetə çıxış üçün verginin ləğvi ilə bağlı qanun layihəsini qəbul edib.
Qanun qəbul olunduqdan sonra bir sıra ştatların hökumətlərinə əhalidən internetə qoşulmaq üçün verginin tutulması, eləcə də bilavasitə internetə çıxışla bağlı əlavə ödənişlərin tətbiqi qadağan ediləcək.
ABŞ Senatı tərəfindən qanun layihəsinin cari ilin noyabrın 1-də təsdiq ediləcəyi gözlənilir. Qanun layihəsinin tətbiqi ABŞ-ın yeddi ştatının, o cümlədən hazırda internetə qoşulmaq üçün verginin mövcud olduğu Ohayo və Texas ştatlarının siyasətinə qarşı yönəlib.
Hesablamalara əsasən, Viskonsin ştatının hökuməti internet vergisinə görə ildə 127 milyon dollar, Texas ştatının hökuməti 350 milyon dollar əldə edib, - "Webnames
www.webnames.ru” yazır.