Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni nəsil oyun konsolu satışa çıxarılacaq
7 iyunda Los-Ancelesdə (ABŞ) E3 (Electronic Entertainment Expo) sərgisində “Nintendo” şirkəti növbəti nəsil oyun konsolu haqqında detalları açıqlayacaq.
“Project Café” layihəsi üzrə yaradılan konsol innovasiya manipulyatoru əldə edəcək. O, inteqrasiya edilmiş kamera və akkumulyator batareyası ilə təmin olunan təxminən 6 düym diaqonallı sensor displey ilə təchiz ediləcək. Şayiələrə görə, konsolun "ürəyi" 3 nüvəli IBM PowerPC olacaq. Qurğu ATI qrafik kontrollerinin minimum 512 Mb yaddaşlı R700 seriyasını əldə edəcək. Texnoloji yenilik, məhsuldarlığına görə, Xbox 360 və PlayStation 3-lə eyni səviyyədə olacaq ( və ya hətta onları üstələyəcək).
Növbəti nəsil “Nintendo” konsolunun 2012-ci ilin 3-cü və ya 4-cü rübündə satışa çıxarılacağı ehtimal olunur.
06/06/11 Çap et