İsveçli müəllif proqram vasitəsilə “Wikipedia” üçün 2,7 milyon məqalə yazıb
İsveçli Sverker Yohansson “Wikipedia” elektron ensiklopediyası üçün 2,7 milyon məqalə yazıb. Bu sayda material ensiklopediyada yerləşdirilən məqalələrin 8,5 faizini təşkil edir.
Lakin S.Yohansson məqaləni əllə yazmayıb. Belə ki, o, materialların yaradılması üçün informasiyanı yoxlanılmış mənbələrdən təhlil edən və məqaləni əldə olunan məlumatlar əsasında tərtib edən "Lsjbot” proqramını hazırlayıb.
Əksər hallarda "Lsjbot” proqramı nadir heyvanlar, o cümlədən böcək və kəpənəklər haqqında məqalələr yaradıb. Proqram vasitəsilə alim bəzən bir gündə ensiklopediya üçün 10 min məqalə yaza bilib.
Lakin S.Yohanssonun yanaşması kəskin tənqid olunub. Bu üsulun əleyhdarları bildirirlər ki, materialların bu üsulla yaradılması digər müəlliflərin yaradıcılığını sıxışdırır. Bundan başqa, əksər insanlar hesab edirlər ki, “Lsjbot” tərəfindən yaradılan məqalələrin keyfiyyəti insan tərəfindən yaradılan məqalələrin keyfiyyətindən geri qalır.
Həqiqətən “Lsjbot”un bəzi mətnlərində yalnız quru rəqəm və faktlar var və belə materiallar az maraq doğurur və pis oxunur.
Lakin S.Yohansson hesab edir ki, onun Wikipedia” üçün materialların yazılması üsulunun yaşamaq hüququ var, çünki yaradıcılıq yanaşmasının olmamasına baxmayaraq etibarlı informasiyanın mövcudluğu əksər istifadəçilər üçün faydalı olacaq, - "Hi-Tech News
www.hi-news.ru” yazır.