Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nokia Azərbaycanda Ovi Store xidmətini işə salıb


Finlandiyanın mobil telefon istehsalçısı Nokia Azərbaycanda Ovi Store xidmətini işə salıb. Bu barədə Nokia-nın Azərbaycandakı rəsmi distribüteri olan Mobitel şirkətinin brend-meneceri Rəşad Nəzərli bildirib.

Nəzərlinin sözlərinə görə, Ovi onlayn-mağazasında məşhur istehsalçıların kontenti (oyunlar, mövzular, əlavələr və s.) ilə yanaşı, Azərbaycanın developer şirkətlərinin və müstəqil istehsalçıların da məhsulları satılacaq.

Kontent tədarükçüləri öz məhsullarının Ovi mağazası vasitəsilə satışında marağqlı olan istənilən şəxs ola bilər. Nokia telefonlarının sahibləri bu xidmətlərdən istifadə edə bilərlər.

Mobil aparatın store.ovi.com ünvanına daxil olmaqla istifadəçi videoçarxların, musiqi fayllarının, oyun və mobil telefonlar üçün proqramların köçürülməsinə çıxış əldə edir.

Xidmətdən istifadə etmək üçün "Əlavə" bölməsindəki "Download" bəndi vasitəsilə xüsusi əlavəni təyin etmək vacibdir.




24/08/11    Çap et