Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan İpoteka Fondu server və arxiv otaqlarının təhlükəsizliyini təmin edir
Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondu "Bakinity Distribution" MMC ilə müqavilə imzalayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkət fondun bu ilin iyun ayında keçirdiyi kotirovka sorğusunda qalib gəlib.
Kotirovka sorğusu fondun server və arxiv otaqları üçün təhlükəsizlik avadanlıqlarının alınması və quraşdırılması üzrə xidmətlərin satın alınmasını nəzərdə tuturdu.
Kotirovkanın şərtlərinə əsasən, şirkət fondu kompüter, server və şəbəkə avadanlıqları ilə təchiz edəcək. Müqavilənin ümumi dəyəri 26035,52 manatdır.
Aynur Vəliyeva
19/07/14 Çap et