Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Start-up”çılara kömək edəcək “İnnovativ Biznes-İnkubator” Azərbaycan Sahibkarlar Konfederasiyasına üzv olub
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində fəaliyyət göstərən “İnnovativ Biznes-İnkubator”u Azərbaycan Sahibkarlar Konfederasiyasına üzv olub. Universitetdən verilən məlumata görə, bu üzvlük “İnnovativ Biznes-İnkubator”un ölkə sahibkarları ilə inteqrasiya və sıx əməkdaşlığına zəmin yaradacaq.
Azərbaycan Sahibkarlar Konfederasiyasının biznesin müxtəlif sferalarında 5000-ə yaxın üzvü var. Nəzərə alsaq ki, “İnnovativ Biznes-İnkubator”un yeni yaranmış “Binzes Klinik” layihəsi sahibkarlara müxtəlif sahələr üzrə xidmətlər göstərir, bu baxımdan konfederasiyaya üzv olan biznes strukturları ilə əlaqələrin yaradılması daha da sürətlənəcək.
ADİU-nun “İnnovativ Biznes-İnkubator”u artıq bir neçə sahibkarla görüşlər keçirib və ikitərəfli əməkdaşlıq haqqında şifahi razılıq əldə olunub.
Xatırladaq ki, inkubatorun əsas funksiyaları “Start-up” layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi çərçivəsində kömək etməkdir.
CAHANGİR
19/07/14 Çap et