Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə “DDoS” hücumlarının sayı xeyli artıb
Dünyada internet trafikin həcmi günbəgün artır, bununla eyni zamanda kiberhücumların həcmi artır. "Arbor Networks" şirkətinin tədqiqat nəticələrinə əsasən, 2014-cü ilin birinci yarısında "DDoS" hücumların həcmi ötən ilin göstəriciləri ilə müqayisədə xeyli artıb.
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə saniyədə 20 Qbit sürətlə hücumların sayı iki dəfə artıb.
Bundan başqa, 2014-cü ilin birinci yarısında saniyədə 100 Qbit sürətlə 100-dən çox "DDoS" hücum qeydə alınıb.
Hesabata əsasən, qeydə alınmış ən genişmiqyaslı hücum İspaniya şirkətinə edilib. "DDoS" hücumun sürəti təxminən saniyədə 155 Qbit təşkil edib.
"Arbor Networks" şirkətinin hesabatına əsasən, internet hücumlarının təxminən 15,1%-i Cənubi Koreya, 14,8%-i ABŞ və 6,7%-i Çinin payına düşüb.
Emil Hüseynov
21/07/14 Çap et