Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın daha 3 bankı kredit borclarını onlayn ödəməyə imkan yaradan xidməti işə salıb
"NİKOİL Bank", "AGBank" və "PAŞA bank" "AzeriCard" prosessinq mərkəzi ilə birgə öz müştərilərinə kredit borclarını ATM və rəsmi internet səhifələri vasitəsilə onlayn ödəmək imkanı yaradan "cari hesaba mədaxil" xidmətini təqdim edir.
Prosessinq mərkəzindən verilən məlumata görə, xidmətdən yararlanmaq üçün ilk növbədə bankların saytlarında "Kreditin onlayn ödənişi" səhifəsinə daxil olaraq hesab və şəxsiyyət vəsiqəsinin nömrəsini (seriyanın yalnız rəqəm hissəsini) qeyd etmək tələb olunur. Növbəti səhifələrdə ödəniləcək məbləği (3000 AZN-dən çox olmamalı), kredit kart məlumatlarını və təhlükəsizlik kodunu daxil etmək lazımdır. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır.
Cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit üzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcək.
Qeyd edək ki, plastik kart üzrə kredit borcunun onlayn ödənilməsi üçün həmin karta bağlı cari hesab nömrəsini aidiyyəti bankda dəqiqləşdirmək lazımdır.
CAHANGİR
21/07/14 Çap et