Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noutbuk bazarında mövsümi artım gözlənilir


“Digitimes Research” şirkətinin analitiki Coann Çen hesab edir ki, yeni tədris ilinin başlanğıcı və fərdi kompüter (FK) şirkətlərinin “Windows” əməliyyat sistemi ilə işləyən ucuz noutbuklar buraxmaq cəhdi 2014-cü ilin üçüncü rübündə qlobal noutbuk tədarükünün artması ilə nəticələnəcək.

Onun qiymətləndirməsinə əsasən, bu amillər, həmçinin “Windows XP” platformasının dəstəyinin dayandırılması ilə bağlı FK yeniləmələri ilə əlaqədar iyul-sentyabr aylarında noutbukların tədarük həcmi ötən rüblə müqayisədə 4,3% yüksələcək.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Digitimes Research”in qiymətləndirməsinə görə, 2014-cü il üzrə noutbukların ümumi həcminin təxminən 51,3%-i ilin ikinci yarısında tədarük olunacaq.
 
Analitiklərin məlumatına görə, 2014-cü ilin ikinci rübündə “HP”-nin noutbuk bazarında payı 19,5% təşkil edib və nəticədə Çinin “Lenovo” şirkətini qabaqlayıb. “Dell” (12,2%), “Acer” (10,8%) və “ASUS” (10,5%) şirkətləri müvafiq olaraq 3-5-ci yerləri bölüşdürüblər.
 
Emil Hüseynov
 




21/07/14    Çap et