Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Olimpiya Komitəsi telekanal açacaq


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyi olimpiya telekanalının açılması ideyasını dəstəkləyib.

Belə ki, BOK-un yeni prezidenti Tomas Bax olimpiya telekanalının yaradılması təşəbbüsü ilə çıxış edib və Lozannada (İsveçrə) keçirilən sammitdə təşəbbüsünün dəstəklənməsinə nail olub. Bu işə idman federasiyaları, milli olimpiya komitələri, eləcə də sponsorlar cəlb ediləcək. İnkişaf modeli kimi “National Geographic Channel” telekanalından istifadə edilməsi planlaşdırılır.

“BOK yaxın aylarda konsepsiyanın hazırlanmasını davam etdirmək üçün bütün maraqlı şəxslərlə əlaqə saxlayacaq”, - T.Bax bildirib.

Nəzərdə tutulur ki, olimpiya televiziyasının oyunlar arasında olan müddət ərzində yayımlanması dünya idmanına yetişməkdə olan nəsli daha fəal cəlb etməyə kömək edəcək, - “EuroSport www.eurosport.ru” yazır.







21/07/14    Çap et