Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” 2011-ci ildə 20 şirkəti ələ keçirəcək


Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” yaxın vaxtlarda bir sıra şirkətlər əldə etməyi planlaşdırır. Onlar “Facebook” saytının dizaynının yaxşılaşmasına, işin etibarlılığına kömək etməli, həmçinin sosial şəbəkə istifadəçiləri üçün bir sıra yeni mobil funksiyalar əlavə etməlidir.

Şirkət bu il təxminən 20 şirkət almağı planlaşdırır. Məlumat üçün qeyd edək ki, 2010-cu ildə “Facebook” yalnız 10, 2009-cu ildə isə cəmi 1 şirkət alıb. Bu barədə “Facebook “un korporativ inkişaf üzrə direktoru Voqan Smit məlumat verib.

“Facebook” rəhbərlərinin fikrincə, atılacaq bu addımlar layihənin ümumi keyfiyyətini yaxşılaşdıracaq, “Google” və “Twitter”ə qarşı rəqabəti gücləndirməyə imkan yaradacaq.




24/08/11    Çap et