Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Çinə dəvət olunurlar
Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Çinə dəvət olunurlar. Belə ki, 1-7 sentyabr 2014-cü il tarixlərində Çinin Urumçi şəhərində “4-cü Beynəlxalq Çin - Avrasiya Sərgisi” təşkil olunacaq.
Sərgi yüksək texnologiyalarla yanaşı, kənd təsərrüfatı, qida emalı, yaşıl enerji (green energy), infrastruktur, tikinti və digər mövzulara həsr olunacaq.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan qeyd edilib ki, sərgidə iştirak etməyə maraq göstərənlər, eləcə də sərgi haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər Texniki və İqtisadi əməkdaşlıq üzrə Çin-Avropa Birliyinə (CEATEC;
http://www.ceatec.org.cn) müraciət edə bilərlər.
Həqiqət İSABALAYEVA