Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” materiallara sonradan baxış üçün "Save" düyməsini təqdim edib
ABŞ-ın “Facebook” sosial şəbəkəsi xəbər və videomateriallara sonradan baxış üçün yeni “Save” düyməsini təqdim edib.
"İnsanlar hər gün şəbəkədə maraqlı mövzular tapırlar, amma onları oxumaq, araşdırmaq üçün kifayət qədər vaxtları olmur – şirkətdən deyilib. Artıq “Facebook”da tapdığınız mövzulara sonra baxmaq üçün onları yadda saxlaya biləcəksiniz".
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Save” düyməsi “Android” və “iOS” mobil platformalarında işləyən qurğular daxil olmaqla, bütün daşıyıcılarda işləyəcək.
“Save” düyməsi “Like” düyməsinin yanında yerləşəcək.
Sosial şəbəkənin nümayəndələri bildiriblər ki, yeni funksiya bir neçə gündən sonra bütün istifadəçilərə əlçatan olacaq.
Emil Hüseynov
22/07/14 Çap et