Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çexiya polisi kibercinayətkarlığa qarşı mübarizə şöbəsi yaradacaq


Çexiya polisinin prezidenti Tomaş Tuqi kibercinayətkarlığa qarşı mübarizə üzrə xüsusi bölmə yaradılması barədə təklifi cari ilin sonunadək təqdim etmək niyyətindədir. Çexiya televiziyasının bazar günü efirə çıxan diskussiya verilişində T.Tuqi həmin şöbənin yaxın iki ildə fəaliyyətə başlaya biləcəyini söyləyib.

Onun sözlərinə görə, Çexiya polisində işləyən mütəxəssislər informasiya texnologiyaları sahəsində cinayətkarlığa qarşı mübarizə aparmağa qabildirlər, lakin yaxın gələcəkdə onlar hakerlərin öhdəsindən gəlməkdə çətinlik çəkəcəklər.

Hazırda həmin bölmənin vəzifələri müzakirə edilir. Məsələn, bu həftə hakerlər minlərlə Çexiya vətəndaşına saxta bildirişlər göndərərək “icraçılara borclarının ödənilməsini” tələb ediblər. Çexiyada zərərli proqramların yayılmasında da kibercinayətkarların əli olduğu bildirilir.
 




22/07/14    Çap et