Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən nazik smartfon?


“Gionee” şirkəti “GN9005” kod adına malik yeni smartfon modelini hazırlayıb. Yeni aparat çox nazik korpusda hazırlanıb. Korpusun  qalınlığı 5 millimetr (mm) təşkil edir. Xatırladaq ki, əvvəlki “Elife S5.5” modelinin qalınlığı 5,5 mm olub.
 
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, yeni “Gionee GN9005” smartfonu HD təsvir ölçülü 4,8 düymlük AMOLED ekran, 1,2 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib. Həmçinin 1 QB əməli yaddaş və 16 QB daxili fləş-yaddaş tətbiq olunub. Arxa paneldə 8 meqapiksellik, ön paneldə isə 5 meqapiksellik kamera quraşdırılıb. Aparat 2050 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib.
 
“Gionee GN9005” smartfonunun satış tarixi və qiyməti haqda informasiya hələ ki yoxdur.
 
Emil Hüseynov




22/07/14    Çap et