Avropalıların yarısı rəqəmli iqtisadiyyatda iş üçün lazımi biliklərə malik deyil
Avropalıların yarısı rəqəmli iqtisadiyyat şəraitində iş üçün lazımi biliklərə malik deyil.
Bu barədə Avropa Komissiyasının Avropada vəziyyətin tədqiqinə həsr olunan məlumatında deyilir.
Məlumata əsasən, Avropa İttifaqının (Aİ) 11 üzv ölkəsində (Bolqarıstan, Kipr, Çexiya, Yunanıstan, Xorvatiya, İtaliya, Litva, Polşa, Portuqaliya, Rumıniya, Sloveniya) “rəqəmli bacarıqsızlıq”da çatışmazlıq əhalinin 50 faizində qeydə alınıb.
Bununla yanaşı, tədqiqatda deyilir ki, 2000-ci ildən ötən müddət ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində iş yerlərinin sayı 2 milyon artıb. Vakansiyaların daha çox artımı kompüter proqramlaşdırılması, məlumat emalı, konsaltinq sahələrində müşahidə olunub, - “EU-plus
www.euplus.info” yazır.