Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniya provayderləri istifadəçiləri pirat faylların yüklənməsi barədə xəbərdar edəcək


Britaniya provayderləri müəllif hüququ sahibləri ilə birlikdə piratçılığa qarşı kampaniyaya start verməyi planlaşdırırlar. Provayderlər pirat kontenti yükləyən istifadəçilərə xəbərdaredici bildirişlər göndərməyə başlayacaqlar. Kampaniyanın 2015-ci ilin yazında başlayacağı gözlənilir.

İstifadəçilər ildə dörd bildiriş alacaq. Bildirişlərdə qanuni kontenti harada yükləməyin mümkün olması barədə məlumat veriləcək. İstifadəçilər üçün cəza nəzərdə tutulmayıb, onlar internet şəbəkəsindən ayrılmayacaq.


Hazırda Böyük Britaniya qeyri-qanuni kontenti yayan saytları blok etməklə piratçılığa qarşı mübarizə aparır.


Bundan başqa, 2010-cu ildə Fransa pirat kontenti bir neçə dəfə yükləyən istifadəçiləri internetdən ayırmağa imkan verən qanun qəbul edib. 2013-cü ildə cəzanın sərt olması və prosedurun baha başa gəlməsi səbəbindən hökumət bu praktikadan imtina etmək qərarına gəlib, - "theRunet www.therunet.com” yazır.
 




23/07/14    Çap et