Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli bank “eManat” ödəniş sisteminə qoşulub


Modenis” şirkətinin “eManat” ödəniş sisteminin fəaliyyət dairəsi genişlənməkdə davam edir.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq “Bank Respublika”nın müştəriləri də “eManat” terminalları vasitəsilə ödənişlərini tez və rahat şəkildə ödəyə bilərlər.

Hazırda  “eManat” terminalları Bakının və bölgələrin ən müxtəlif  ictimai məkanlarında quraşdırılıb. Ödəmə terminalları vasitəsilə kommunal xidmətlər, mobil rabitə, internet, bank kreditlərinin geri ödənişi, bank kartları və s. ödənişləri həyata keçirmək mümkündür.

Qeyd edək ki, “eManat”  vasitəsilə ödəmə xidmətləri pulsuzdur. Bu terminallar həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir.

CAHANGİR




23/07/14    Çap et