Amerikalılar “Facebook” və “LinkedIn” şəbəkələrindən narazıdır
"Facebook" və "LinkedIn" ABŞ istifadəçilərinin sosial şəbəkələr arasında məmnunluq indeksində ən aşağı qiymət alıb. Bu barədə "American Customer Satisfaction Index 2014" hesabatında deyilir.
Resursların ötən illə müqayisədə ballarını artırmasına baxmayaraq onlar sosial şəbəkələr reytinqinin ən aşağı pillələrində qərarlaşıb.
Reytinqin lideri il ərzində göstəricisini 4 bal artıraraq 76-ya çatdıran "Pinterest" sosial şəbəkəsi olub. Sonrakı yerdə 74 balla "Wikipedia" internet ensiklopediyası (göstərici 4 bənd azalıb) qərarlaşıb. "YouTube" videohostinqi istifadəçilərin məmnunluq göstəricisi üzrə 73 bal toplayıb, "Google+" sosial şəbəkəsi 71 balla əvvəlki mövqeyində qalıb. "Twitter" 4 bənd əlavə etməklə 69 bal toplayıb, lakin "Facebook" və "LinkedIn" şəbəkələrindən çox uzaqlaşa bilməyib.
İnternet axtarış sistemləri arasında istifadəçilər daha çox "Google" (83 bal), "Bing" və "MSN"-dən (hərəyə 73 bal) razı qalıblar. Reytinqi "Yahoo!" (71 bal) və "AOL" (70 bal) tamamlayır. ABŞ istifadəçilərinin axtarış sistemlərinin işindən orta məmnunluq indeksi 80 bal qiymətləndirilib, - "Lenta
www.lenta.ru" yazır.