İnternetdə yeni axtarış sistemi fəaliyyətə başlayıb
İnternetdə iri haker saytlarını və forumları müəyyən edərək həm müdaxilə edənlər, həm də onların qurbanları haqqında məlumat toplayan yeni "Indexeus.net" axtarış sistemi fəaliyyətə başlayıb. Bildirilir ki, servisin məlumat bazasını 200 milyon məlumat, o cümlədən yanvarda həyata keçirilən hücum nəticəsində oğurlanan "Yahoo!" poçt ünvanlarının parolları və "Adobe" akkauntları təşkil edir.
"Indexeus.net" arxivində akkauntla əlaqəli olan elektron poçt, parol, ünvan, doğum tarixi kimi məlumatlar saxlanılır. Əvvəllər məlumatları axtarış sistemində olan istifadəçilərə 1 dollar qarşılığında onları silmək təklif olunurdu. Hazırda isə bu xidmət pulsuzdur.
"Indexeus.net" saytı 23 yaşlı portuqaliyalı proqramçı Ceyson Relinkvo tərəfindən yaradılıb. O, Avropa İttifaqı (Aİ) hakimiyyəti tərəfindən qəbul edilən "Right To Be Forgotten" qanunu çərçivəsində məxfi informasiyanı pulsuz silmək qərarına gəlib.
C.Relinkvonun sözlərinə görə, "Indexeus"un vəzifəsi kiminsə haqqında məxfi informasiyanı təqdim etmək yox, onları mühafizə etməkdir. Bu səbəbdən biz kontent və servisdən səhv və ya qərəzli istifadə üçün məsuliyyət daşımırıq, - "Vesti
www.vesti.ru" yazır.