Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni nəsil “iPhone” müxtəlif rabitə standartlarını dəstəkləyəcək
“Apple” şirkətinin təqdim edəcəyi yeni nəsil “iPhone”, "qlobal smartfon" olacaq. Veb-mənbələr bildiriblər ki, aparat müxtəlif rabitə standartlarını dəstəkləyəcək. Söhbət qurğunun həm “GSM” şəbəkələrdə, həm də “CDMA” texnologiyasına əsaslanan şəbəkələrdə istifadə imkanından gedir.
Belə olan halda isə Avropada olan yeni "Ayfon" sahibləri “GSM” operator xidmətlərinə müraciət edə biləcəklər, ABŞ-da isə “CDMA” şəbəkəyə qoşula biləcəklər. Beləliklə, aparatı dəyişdirməyə ehtiyac olmayacaq.
2012-ci ildə isə Stiv Cobs şirkəti “LTE” dördüncü nəsil mobil şəbəkələrinin dəstəyi ilə olan smartfonların çıxarılmasını nəzərdə tutub.
24/08/11 Çap et