Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni noutbuklara quraşdırılmış “Windows 8”-in payı 90%-dən aşağı düşüb
Noutbuklara quraşdırılan əməliyyat sistemləri arasında “Windows 8”-in payı 90%-dən aşağı olub. Bu haqda Tayvanın komponent tədarükçüləri arasında mənbələrə istinadən “Digitimes” resursu yazıb.
“Microsoft”un əməliyyat sisteminin sıxışdırılması “Google Chrome OS” və “Apple OS X” əməliyyat sistemi ilə işləyən noutbukların populyarlığının artması hesabınadır.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple” şirkətinin maliyyə ilinin üçüncü rübü üzrə hesabatına əsasən, 4,4 milyon “Macbook” satılıb ki, bu da ötən illə müqayisədə 18% yüksəkdir.
“Google”un məlumatına görə, xrombuklar təhsil sahəsində və ABŞ və Böyük Britaniyanın korporasiyalarında populyardır. İlin sonunadək “Acer”, “Asustek”, “Dell”, “Hewlett-Packard”, “Lenovo”, “LG” və “Toshiba” şirkətləri daxil olmaqla istehsalçılar “Intel” prosessoru və “Chrome OS” ilə işləyən təxminən 20 noutbuk bazara tədarük etməyi planlaşdırır. “Digitimes” resursunun məlumatına görə, onların qiyməti təxminən 350 dollar olacaq.
Emil Hüseynov
24/07/14 Çap et