Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən rübdə “LG” rekord sayda smartfon satıb


“LG” şirkəti 2014-cü ilin ikinci rübündə smartfon bazarında əldə etdiyi  uğurlarını paylaşıb.

“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, ötən rüb “LG” şirkəti 14,5 milyon qurğu satıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 20% ötür və şirkət üçün yeni rekord sayıla bilər. Satılmış qurğuların təxminən 30%-i LTE şəbəkə dəstəkli  modeldir.

“LG” şirkətinin mobil qurğuların buraxılışı üzrə bölməsinin ikinci rübdə qazandığı gəlirin həcmi 3,51 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 16% ötür. Sözügedən bölmə 2010-cu ilin birinci rübündən etibarən ən yüksək gəlirini qazanıb. Eyni zamanda əməliyyat mənfəəti 83,4 milyon səviyyəsində qeydə alınıb.

Emil Hüseynov
 




24/07/14    Çap et