Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” “Motorola”ya qadağa qoydu
Dünən ABŞ Beynəlxalq Ticarət Komissiyası (İTC) “Microsoft” şirkətinin “Motorola Mobility”-ə olan şikayətinin müzakirəsinə başlayıb. Dünyanın ən böyük proqram təminatı istehsalçısı ABŞ-da “Android” əməliyyat sistemi ilə işləyən “Droid 2”, “Droid X”, “Cliq XT”, “Devour”, “Backflip” və “Charm” smartfonlarının satışlarını dayandırmağı tələb edib.
“Microsoft” hüquqşünasları iddia edirlər ki, cavabdeh şirkət 7 patentin hüquqlarını pozub. Xüsusilə, söhbət elektron poçt, təqvim və əlaqələrin sinxronlaşdırılması, görüşlərin planlaşdırılması funksiyaları, şəbəkə siqnalı səviyyəsinin və batareya yükünün dəyişikliyi haqqında xəbərdarlıqlar ilə bağlı patentlərdən gedir.
"Motorola” bizim patentlərimizi pozur və biz əminik ki, “İTC” bizim xeyrimizə qərar qəbul edəcək" – “Microsoft” şirkətinin vitse-prezidenti belə deyib.
24/08/11 Çap et