Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” payızda mobil ödəmə bazarına çıxacaq
ABŞ-ın “Apple” elektronika istehsalçısı şəxsi ödəmə sistemini buraxmağa hazırlaşır, nəticədə “iPhone” və “iPad” sahibləri internet üzərindən və mağazalardan məhsul satışı və xidmət alış-verişi edə biləcəklər.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “The Information” nəşrinin məlumatına görə, şirkət “Visa” ilə əməkdaşlıq haqda danışıqlar aparır. “Apple” bu sistemlə işləyərək kənar prosessinq xidmətlərindən azad olacaq, nəticədə həm satıcılar, həm də istehlakçılar qənaət edə biləcəklər. Ödəmə sazişlərinin təhlükəsizliyinə “iPhone” smartfonundakı məxfi maliyyə informasiyasını saxlayan "qoruyucu element" cavab verəcək.
“Apple” şirkətinin ödəmə həlli hazırlaması haqda KİV hələ bir neçə il bundan əvvəl yazmağa başlayıb. 2014-cü ilin yanvarında “Apple”ın rəhbəri Tim Kuk deyib ki, onun şirkəti mobil ödənişlərlə maraqlanır, çünki burada böyük imkanlar var.
Emil Hüseynov
24/07/14 Çap et