Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistanlılar sentyabrdan “ağıllı” ayaqqabının satışlarına başlayacaqlar


Hindistanın "Ducere Technologies" startapı sentyabrda "ağıllı" "Lechal" ayaqqabısının satışlarına başlayacaq. Bu ayaqqabı onun sahibinə əvvəlcədən seçilmiş marşrut üzrə harada və nə zaman dönmək lazım gəldiyini bildirəcək.
 
Belə ayaqqabının düzgün işləməsi üçün smartfon lazımdır, cihazla əlaqə "Bluetooth" modulu vasitəsi ilə həyata keçirilir. Güman edilir ki, "Lechal" smart ayaqqabısı ilk növbədə gözdən əlil və idmançılar üçün nəzərdə tutulub.
 
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, bu ayaqqabının qiyməti təxminən 150 dollar təşkil edəcək, şirkətin saytında iki rəngli (qırmızı və qara) bir model təqdim edilib.
 
Emil Hüseynov
 





25/07/14    Çap et