Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elmir Vəlizadə rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edildi
E.T.Vəlizadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Elmir Tofiq oğlu Vəlizadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2014-cü il
25/07/14 Çap et