Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gəncədə genişzolaqlı internet istifadəçilərinin sayı artıb
Gəncədə genişzolaqlı internet istifadəçilərinin sayı artıb. Bu barədə Gəncə Telekommunikasiya İdarəsinin rəisi Əbülfəz Orucov məlumat verib.
O bildirib ki, cari ilin 1-ci yarımili ərzində genişzolaqlı internet istifadəçilərinin sayı 7.6 % artaraq 23 minə çatdırılıb: “Son 6 ayda da informasiya texnologiyalarının, xüsusilə internetin inkişafı diqqət mərkəzində saxlanılıb, internet xidmətinin genişləndirilməsi üçün həyata keçirilən tədbirlər davam etdirilib. Bu istiqamətdə ilk növbədə ümumi tutumları 1280 port olan genişzolaqlı şəbəkə avadanlıqları alınaraq quraşdırılıb”.
Onun sözlərinə görə, reallaşdırılan tədbirlər nəticəsində hazırda Gəncə şəhərində hər 100 mənzildən 36,2-si internet xidmətindən istifadə edir.
Şəhərdə genişzolaqlı internetin inkişaf etdirilməsi üçün özəl provayderlərə hər cür şəraitin yaradıldığını vurğulayan Ə.Orucov özəl sektorla səmərəli əməkdaşlığın qurulduğunu və lazimi, sağlam rəqabət mühitinin formalaşdırıldığını deyib:
“Məhz bunun nəticəsidir ki, hazırda Gəncə Telekommunikasiya İdarəsinin telefon şəbəkəsi üzərindən 11özəl internet provayderi internet xidməti göstərir və ümumilikdə genişzolaqlı internet istifadəçilərinin 16863-ü və ya 73% -dən çoxu özəl provayderlərin xidmətlərindən istifadə edir. Bununla belə, hesabat dövründə “Aztelekom.Net” provayderində istifadəçilərin sayının 1109 istifadəçi və ya 22% artımına nail olunub”.
S.Qasımbəyli
25/07/14 Çap et