Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” videooyunların translyasiyası ilə məşğul olacaq


“Google” korporasiyası “Twitch” videooyunların translyasiyası xidmətini 1 milyard dollara satın almaq haqda platformanın rəhbərliyi ilə razılığa gəlib.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Twitch.tv” platforması oyun prosesinin birbaşa yayımını aparmağa imkan verir. Bu xidmət “YouTube” videohostinqi üçün faydalı ola bilər. “Google” şirkəti bu portalı 2006-cı ildə 1,65 milyard dollara satın alıb. “YouTube”un oyun, musiqi, idman hadisələri və xəbərlərin yayımı üçün şəxsi xidməti mövcuddur, amma bu xidmət populyarlığına görə “Twitch”dən geri qalır.
 
 
“Twitch”in məlumatına görə, 2014-cü ilin fevralına portalın unikal ziyarətçilərinin sayı 45 milyonadək artıb, onların da 1 milyonu birbaşa saytdan videokontent yaradır və yayımlayır. “Sandvine”in məlumatına görə, martda qlobal trafikin 1.5%-i “Twitch”in payına düşüb.
 
Emil Hüseynov
 

 




25/07/14    Çap et