Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” üçün “Gmail”in yeni versiyasında faylları “Disk”də saxlamaq mümkün olub


“Google” şirkəti “iPhone” və “iPad” qurğuları üçün “Gmail” poçt kliyentinin yeni versiyasını buraxıb. Yeni versiyada məktublara bərkidilmiş sənədləri "Disk"də saxlamaq, həmçinin məktublara  "Disk"dən fayllar bərkitmək imkanı əlçatan olub.

Əgər qəbul edən “Google” fayl saxlancına ümumi girişə malik deyilsə, tətbiq bu haqda istifadəçiyə xəbərdarlıq edəcək və ona göndərməmişdən əvvəl giriş sazlamalarını dəyişdirməyə icazə verəcək.

“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, bundan başqa, “iOS” platforması üçün “Gmail” elektron poçtunda artıq birbaşa "Sazlama"larda öz profilini redaktə etmək olar. Əvvəllər yalnız “Google” saytı vasitəsilə bunu etmək mümkün idi.

Emil Hüseynov
 




26/07/14    Çap et