Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Huawei” ilin birinci yarısında 34 milyon smartfon tədarük edib
Çinin “Huawei Technologies” telekommunikasiya avadanlığı istehsalçısının nümayəndələri deyiblər ki, ilin birinci yarısında şirkətin smartfonlarının tədarükü ötənilki səviyyədən 62% artıb.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Huawei” şirkətindən bildirilib ki, ilin birinci yarısında dünya bazarına 34,27 milyon smartfon tədarük edilib ki, bu da illik planın (80 milyon) 43%-ni təşkil edir. "Biz Yaxın Şərq və Afrika bazarlarında, həmçinin Latın Amerikasında rekord tələbat artımı qeydə almışıq. Şirkətin marketinq üzrə vitse-prezidenti Şao Yanq bildirib ki, satışların artımı həm brendin tanınması, həm də partnyorların satışlarının yaxşılaşması fonunda mümkün olub.
Bu gün “Huawei” şirkəti, əsasən, Çinin “Lenovo Group” və “ZTE Corp” şirkətləri ilə rəqabət aparır. Məlumdur ki, ikinci rübün yekununa görə, “Huawei” şirkəti dünya bazarına 21 milyon smartfon tədarük edib.
Emil Hüseynov
30/07/14 Çap et