Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“BlackBerry” fəaliyyət istiqamətini genişləndirir
"BlackBerry" səs və məlumatların şifrlənməsi üzrə ixtisaslaşmış özəl alman şirkətini satın alır. Bu haqda "BlackBerry" şirkətinin nümayəndələri məlumat veriblər. Şirkətin yeni satınalması korporativ və hökumət sifarişçilərinin ehtiyaclarının təmininə hesablanmış texnologiyaların yaradılmasına hədəflənib.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Secusmart" şirkəti hökumət müştəriləri və telekommunikasiya şirkətləri üçün şifrli proqram təminatı və dinlənilməyə qarşı dayanıqlı xidmətlər buraxır.
"Secusmart" texnologiyaları hazırda Almaniya və Kanadada hökumət kommunikasiyalarının mühafizəsində istifadə olunur. "Secusmart" məhsulları "BlackBerry 10" platforması ilə uyğundur.
Emil Hüseynov
30/07/14 Çap et