Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ Nümayəndələr Palatasına “Wikipedia”da redaktələr etmək qadağan olunub


“Wikipediya” İnternet-ensiklopediyasının administrasiyası ABŞ Nümayəndələr Palatasına səhifələrdə redaktələrin olunmasını qadağan edib. “cybersecurity.ru” saytının yazdığına görə, qadağaya səbəb materialların dəfələrlə əsaslı redaktəsinə cəhd olub.
 
“ICTnews" elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, Nümayəndələr Palatası şəbəkəsindəki IP-ünvanların diapazonu siyasətçi və biznesmenlər, eləcə də rezonans doğurmuş hadisələrlə bağlı (misal üçün, Kennedinin qətli) dəyişikliklərin edilməsinə cəhddən sonra 10 gün müddətinə bağlanılıb. Vaşinqtondakı naməlum əməkdaşlar ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeldin tərcümeyi-halında da dəyişikliklər etmək istəyiblər.
 
“Wikipediya”dan bildiriblər ki, bu hadisədən öncə “analoji vandalizm”ə görə Vaşinqton məmurlarının kompüterlərinə artıq məhdudiyyətlər qoyulmuşdu. Şəbəkə ensiklopediyasında düzəlişlərlə bağlı sonuncu hücumlar barəsində hökumətin IP-ünvanlarından edilən dəyişikliklərin monitorinqinin aparıldığı “@congressedits” “Twitter” lentindən məlum olub.
 
Emil Hüseynov




30/07/14    Çap et